İranlı deputat əhali tərəfindən döyüldü - FOTO


İranın Şərqi Azərbaycan vilayətinin Vərziğan şəhərindən ölkə parlamentinə seçilmiş Allahverdi Dehqani narazı seçicilər tərəfindən döyülüb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, toy mərasiminə qatılan millət vəkili döyülüb, paltarı cırılıb və təhqir olunub.

Onun döyülməsinin səbəbinin seçkidən öncə bölgədə işsizliyin aradan qaldırılması, su və başqa bu kimi çətinliklərin həlli ilə bağlı verdiyi vədləri tutmaması olduğu bildirilir.

Qeyd edək ki, son günlər millət vəkilinin bir sıra qanunsuz işlər görməsi və yalan danışması ilə bağlı sosial mediada məlumatlar yayılıb. Bundan sonra ictimaiyyət arasında ona qarşı təzyiqlər artıb.