İranda mis mədəni işçiləri yenidən etiraz mitinqi keçiriblər - VİDEO


Şərqi Azərbaycan vilayətində yerləşən Süngün mis mədənində işləyən bir neçə şirkətin fəhlələri yenidən etiraz mitinqi keçiriblər.

“Azad İran” Telegram kanalı xəbər verir ki, onlar fəhlələr tərəfindən bir müddət öncə qovulan müdirlərdən 4-nün yenidən öz iş yerlərinə qayıtmasına etiraz ediblər.

Fəhlələr müdirlərin ötən ayın əmək haqlarını vermədikləri üçün kompleksə girişini qadağan ediblər.

Onlar ötən həftə keçirdikləri 3 günlük etirazlar nəticəsində işdən çıxarılmış nümayəndələri və həmkarlarının yenidən işə bərpa olunmasına nail olmuşdular. Bundan başqa, məsul şəxslər sözügedən müdirlərin şirkətə buraxılmayacağı ilə bağlı təhdid ediblər.

Bugünkü etirazlardan sonra müdirlər çarəsiz qalıb, şirkəti tərk ediblər.