Dövlət Baxçalı Azərbaycan xalqına başsağlığı verdi - FOTO


Türkiyənin Milliyyətçi Xalq Hərəkatı partiyasının sədri Dövlət Baxçalı helikopter faciəsilə əlaqədar Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə başsağlığı verib.

“Dost və qardaş ölkə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Qaraheybətdə qəzaya uğraması nəticəsində 14 Azərbaycan əsgərimiz şəhid olub, 2 əsgərimiz isə yaralanıb. Dərdimiz ortaqdır, kədərimiz böyükdür.

Sözügedən helikopter qəzasında şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Şəhidlərimizin ailələrinə, cənab Prezidentə, cənab Baş Qərargah rəisinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm”, - Baxçalı özünün “Twitter” səhifəsində yazıb.