Xalq artistində xərçəng xəstəliyi aşkarlandı, təcili xəstəxanaya yerləşdirildi


Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz təcili xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, aktyorun oğlu Cavidan Novruz bu haqda məlumat yayıb.

O bildirib ki, atasının vəziyyəti qəfildən pisləşib və onlar həkimə müraciət etməli olublar.

İlkin müayinədən sonra aktyora mədə xərçəngi diaqnozu qoyulub.

Aktyorun oğlu qeyd edib ki, Xalq artistinin müalicəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Allah şəfa versin.