Yeni Kaledoniyada müstəqillik referendumu keçirilib


Fransanın tabeçiliyində olan Yeni Kaledoniyada müstəqillik referendumu keçirilib. Seçicilərin əksəriyyəti bu ideyanın əleyhinə səs verib.

307 seçki məntəqəsi bazar günü saat 07:00-dan 18:00-dək (Bakı vaxtı ilə saat 00:00-11:00) fəaliyyət göstərib.

Yerli mətbuatın məlumatın görə, müstəqillik tərəfdarı olan düşərgənin fəalları son günlər referendumu boykot etmək üçün kampaniya aparıblar. Onlar səsvermənin bir qədər sonraya təsirə salınmasını tələb ediblər.

Xatırladaq ki, bundan öncəki referendum 2020-ci il oktyabrın 4-də keçirilib.

Mənbə: TASS