Çin XİN: “ABŞ demokratiyadan kütləvi qırğın silahı kimi istifadə edir”


Çin Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ demokratiyadan kütləvi qırğın silahı kimi istifadə edir, onun köməyi ilə müdaxilə etdiyi ölkələri məhv edir.

Asiya nəhəngi ABŞ-ın təşkil etdiyi virtual “demokratiya sammiti”nə məhz belə reaksiya verib.

Rəsmi Pekin bildirib ki, tədbir ideoloji qarşıdurma xəttini davam etdirmək və ölkələr arasında parçalanma yaratmaq məqsədilə təşki olunub.

Mənbə: lenta.ru