Avropada koronavirusdan ilk ölüm halı qeydə alınıb


Asiya xaricində koronavirusdan ilk ölüm halı qeydə alınıb.

Correct.az “Hürriyyət”ə istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə naziri Agnes Buzin məlumat verib.

O bildirib ki, Parisdə olan çinli turist koronavirusdan (COVID19) həyatını itirib. Həmin şəxs 80 yaşlı qadın olub.

Qeyd edək ki, koronavirusdan ölənlərin sayı 1526 nəfərə çatıb.


Baş Nazir qərar imzaladı

0.11614513397217