Azərbaycanda bu şəxslər 3 min manat maaş alır


İlkin məlumatlara görə, 2020-ci il yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayına nisbətən 6,8 faiz artaraq 4057,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Correct.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 407,8 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3685,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz çox vəsait qalıb.

2019-cu ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilə nisbətən 16,6 faiz artaraq 634,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3108,4 manat, qeyri neft-qaz sektorunda 579,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat olmuşdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.


Baş Nazir qərar imzaladı

0.13833093643188