Bankirin oğlu anasının vurduğu iynədən ölüb - Rəsmi


Bakıda 15 yaşlı oğlan anasının vurduğu iynədən sonra dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, 15 yaşlı oğlan anasının ev şəraitində vurduğu iynədən sonra anafilaktik şok keçirib:

"Təcili tibbi yardım briqadası çağırışa gedərkən, ananın uşağa antibiotik vurduğu məlum olub. Daha iki briqada isə özəl xəstəxanadan çağırılıb. Həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb".


0.21203207969666