İqbal Ağazadə müəllimlərə müraciət etdi: "Gənc nəsil sizdən pis örnək götürür"


“Hüquqi müstəvidə çəkişmələrimiz davam edir. Qısa zamanda nəticəni görəcəksiniz. 30 məntəqə üzrə seçki saxtakarlığını əks etdirən materiallar Baş Prokurorluğa göndərilib. Cinayət işinin qaldırılması üçün kifayət qədər dəlillər var. Mərkəzi Seçki Komissiyasına da müvafiq şikayətlər ünvanlanıb. İnanıram ki, Azərbaycanda hüquqi dövlətin qurulması istiqamətində mücadiləmiz nəticə verəcək”.

Bunu Ümid Partiyasının sədri, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş İqbal Ağazadə deyib.

O, müəllimlərə də müraciət ünvanlayıb: “Məntəqə seçki komissiyasının üzvlərinə müraciət edirəm. Onların böyük əksəriyyəti müəllimlər idi. İstəmirəm, müraciət formamı dəyişim, yenə də sizə əziz və hörmətli müəllimlər deyə, müraciət edirəm. Sizə ritorik sual verirəm, auditoriyada, sinifdə səs edən şagirdlərə “tərbiyəli olun”, “sakit olun”, “müəllimin sözünə qulaq asın” deməyi özünüzə necə sığışdıracaqsınız? Qorxmursunuz ki, o şagirdlərdən biri ayağa qalxaraq müəllimə “Tərbiyəsiz sizsiniz seçkini saxtalaşdırdığınız, xalqın səsinə girdiyiniz üçün” deyə bilər? Bir gün bir şagird qalxıb deyəcək ki, müəllimə, niyə belə edirsiniz? Sizin yetişdirdiyiniz gənc nəsil sizdən pis örnək götürür. İnanıram ki, o mühiti dəyişdirəcəyik. Müəllimlərlə bir video yerləşdirilmişdi, şərh bölümü açıq idi, hər kəs söyürdü. O müəllimənin oğlu videonu yerləşdirənə zəng edərək xahiş edir ki, şərh bölümünü bağlayın, anamı söyürlər, ağır sözlər yazırlar...” (Pravda.az)


0.16945815086365