Oqtay Əsədovun dairəsi ilə bağlı qərar verildi


81 saylı Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Anar Məmmədov və digər şəxslərin müraciətinə baxılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında qurumun katibi Arifə Muxtarova məlumat verib.

O, müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsini təklif edib.

MSK müraciətlərin DSK-ya göndərilməsinə qərar verib.

Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Şahin İsmayılov lider namizəd elan olunub. Bundan başqa, 42 saylı Sumqayıt Seçki Dairəsi üzrə daxil olan müraciətlər də araşdırılması üçün DSK-ya göndərilib.

Bu dairədə lider namizəd Tahir Mirkişilidir.

Həmçinin 45 saylı Abşeron Seçki Dairəsi üzrə daxil olan şikayətlər araşdırılması üçün müvafiq dairəyə göndərilib. Burada lider namizəd Oqtay Əsədovdur.

Şikayətiniz varsa Whatsapp: 0505165251