Paşinyan görün harada selfi çəkdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Berlin divarı qarşısında fotosunu paylaşıb.

 Münhen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyada səfərdə olan Paşinyan paylaşımında divarda çəkilən məşhur Brejnev-Honekker qraffiti haqqında yazıb.

“Berlin Divarı artıq boyanacaq bir yer deyil, köhnə ilə yeni arasındakı bir sərhəddir. Şəkildə SSRİ-nin birinci katibi Leonid Brejnev və Almaniya Demokratik Respublikasının lideri Erik Honekker yer alıb. Bu, Honekker və Brejnevin rəsmi görüşündən bir fraqmentdir. Şəklin LGBT mövzusu ilə əlaqəsi yoxdur. Həm SSRİ-də, həm də ADR-də LGBT üzvü olmaq cinayət idi. Nə Brejnev, nə də Xoneker LGBT olub”, - baş nazir qeyd edib. (Publika.az)


0.10231900215149