Ərdoğan bütün dünyaya elan etdi - Əsəd darmadağın ediləcək


Bəşər Əsəd rejimi və dəstəkçilərinin hücumları nəticəsində 14 türk əsgəri şəhid olub, 45-i yaralanıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxış edən Prezident bildirib ki, Türkiyə bu duruma tamaşaçı qalmayacaq və meydandakı vəziyyətə görə hərəkət edəcək: “Fevral ayının sonuna qədər rejimi müşahidə məntəqələrimizdən uzaqlaşdırmaqda qətiyyətliyik. Quruda və havada heç bir yolaverdiyə meydan vermədən bunu edəcəyik. Onların məqsədi meydanı tamamilə boşaltmaqdır. Heç kimin təxribatına göz yummayacağıq. Rejim ünsürlərini hər yerdə vuracağıq”.

Ərdoğan bildirib ki, Əsəd rejimi və dəstəkçiləri (İran və Rusiya) İdlibdə dinc xalqı hədəf alıb. (Publika.az)


Baş Nazir qərar imzaladı

0.13430690765381