Rusiyanın Türkiyədəki səfiri hədələnir


Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov hədələnib.

Corrcet.az Modern.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkələrin Türkiyə seqmentində çıxan məlumatlarda ünvanına birbaşa hədələrin daxil olduğunu söyləyir.

“Mən birbaşa hədələr alıram”-deyə Yerxov açıqlama verib. Səfir hədələrin Suriyadakı gərginliklə birbaşa bağlı olduğunu əlavə edib.

Rusiyalı diplomat sələfi Andrey Karlov kimi öldürülə biləcəyindən qorxur. 2016-cı il dekabrın 19-da Ankaranın Müasir İncəsənət Mərkəzində səfir Andrey Karlov polis əməkdaşı Mövlud Altıntaş tərəfindən öldürülmüşdü.    

Şikayətiniz varsa Whatsapp: 0505165251