SİZİN REKLAM BURADA

“Dəli yığıncağı”nın premyerası olacaq

| baxılıb: 588
“Dəli yığıncağı”nın premyerası olacaq

Fevralın 15-i və 16-da Gənc Tamaşaçılar Teatrında “Dəli yığıncağı”nın premyerası olacaq.

Correct.az xəbər verir ki, Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb.

Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

"Dəli yığıncağı"nda obrazları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər  Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa edirlər.

 



Bizimlə əlaqə: 050 516 52 51

SİZİN REKLAM BURADA

Oxşar xəbərlər

Xəbər lenti