SİZİN REKLAM BURADA

Novruz Məmmədov feysbuka qayıtdı - Foto

| baxılıb: 2478
Novruz Məmmədov feysbuka qayıtdı - Foto

Keçmiş Baş Nazir, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov feysbuk səhifəsini yenidən aktiv edib.

Correct.az Modern.az-a istinadən xəbər verir ki, N.Məmmədov yeni vəzifəsində sosial şəbəkədə ilk statusunu yazıb:

“Bu həftənin ilk iş gününün birinci yarısı iki tədbirlə başladı.
Rektoratın iclasında Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə təşkili və keçirilməsi geniş müzakirə edilərək qərar qəbul edildi.
Rektoratın ikinci məsələsi “Bir günlük xəlifə “ günü idi. Respublikada yalnız Azərbaycan Dillər Universitetində bir neçə ildir həyata keçirilən bu tədbir gün ərzində Universitetin idarəçiliyini tələbələrin öz toplantılarında seçdikləri namizədlərin ixtiyarına verir.
Belə bir günün həm namizədlər, həm də tələbələr üçün tarixi bir gün olduğunu nəzərə alsaq, onların formalaşmasında nə qədər böyük əhəmiyyət daşıdığını təsəvvür etmək çətin deyil.
İkinci tədbir, “Səfir saatı” tədbiri isə artıq iki ildir ki, keçirilir. Bu tədbir zamanı tələbələr ilə birlikdə Universitetə dəvət olunmuş bir səfirlə görüş keçirir, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin vəziyyəti və perspektivləri ətrafında söhbət edirlər.
Hər ay tələbə kollektivinin bir səfirlə, bu dəfə isə İtaliyanın Azərbaycanda akreditə olunmuş səfiri cənab Augusto Massari ilə görüşünə imkan yaradan bu tədbirin çox faydalı və əhəmiyyətli olmasına şübhə yoxdur”.

Qeyd edək ki, iki ay öncə Baş Nazir vəzifəsindən istefa verən Novruz Məmmədov daha sonra Azərbaycan Dillər Universitetinə prorektor təyin edilib.



Bizimlə əlaqə: 050 516 52 51

SİZİN REKLAM BURADA

Oxşar xəbərlər

Xəbər lenti