SİZİN REKLAM BURADA

Qorbaçov məni 2 ordenlə təltif edib – Siyavuş Novruzov

| baxılıb: 924
Qorbaçov məni 2 ordenlə təltif edib – Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sosial şəbəkələrdə sinəsi medallarla dolu fotosu yayılıb.
Yayılan fotoyla bağlı S. Novruzov açıqlama verib. İcra katibinin müavini bildirib ki, fəaliyyəti dövründə bir sıra medallarla təltif edilib. O, qeyd edib ki, bu müddət ərzində  “Şöhrət”, I dərəcəli “Vətənə xidmət” ordeni, eləcə də  Əfqanıstan və Qarabağda gedən döyüşlərdə iştirak etdiyinə görə medallara da layiq görülüb.
S. Novruzov bununla yanaşı SSRİ dövründə fəaliyyətinə görə də medallarla təltif edildiyini deyib: “ Mixail Qorbaçov məni SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə iki ordenlə təltif edib. General - polkovnik Şpankov adına Qvardiya məktəbini  bitirmişəm”. (unikal.org)



Bizimlə əlaqə: 050 516 52 51

SİZİN REKLAM BURADA

Oxşar xəbərlər

Xəbər lenti