SİZİN REKLAM BURADA

Sərnişin qatar yoluna yıxıldı - Bakı metrosunda təlaş

| baxılıb: 357
Sərnişin qatar yoluna yıxıldı - Bakı metrosunda təlaş

Bu gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Saat 10:54 radələrində metronun “Memar Əcəmi” stansiyasında bir qadın stansiya yoluna yıxılıb.

Hadisə nəticəsində qatarların hərəkətində gecikmə olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı oxu.az-a təsdiqləyib.

O bildirib ki, qadının hansı şəraitdə stansiya yoluna düşdüyü hələlik bəlli deyil:

“Bu məsələ intihar kimi qiymətləndirilməsin. Metronun “Memar Əcəmi” stansiyasında orta yaşlı qadın stansiya yoluna yıxılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Əməkdaşlar tərəfindən qadın qatar relslərindən çıxarılaraq, polis əməkdaşlarına təhvil verilib. Nəticədə, qatarların hərəkətində 10-15 dəqiqəyə yaxın gecikmə yaranıb”.



Bizimlə əlaqə: 050 516 52 51

SİZİN REKLAM BURADA

Oxşar xəbərlər

Xəbər lenti