SİZİN REKLAM BURADA

Tahir Mirkişili Seçki Məcəlləsini belə pozur - FOTOFAKT 

| baxılıb: 1785
Tahir Mirkişili Seçki Məcəlləsini belə pozur - FOTOFAKT 

Xəbər verdiyimiz kimi, Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası bu gün saat 08.00-da başa çatıb. Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Correct.az xəbər verir ki, buna baxmayaraq hələ də təşviqatla məşğul olan deputatlığa namizədlərə rast gəlinir. Belə ki, 42 saylı Sumqayıt II seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişilinin təbliğat banneri "Sumqayıtxeber.com" saytının mobil versiyasından yığışdırılmayıb.

Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır.

 

 

 



Bizimlə əlaqə: 050 516 52 51

SİZİN REKLAM BURADA

Oxşar xəbərlər

Xəbər lenti